Valideynlərin məktəb direktoruna təşəkkürləri

Son zəng tədbirindən sonra bir qrup valideynlərin məktəb direktoruna təşəkkürlərini əməkdaşımız telefonla qeydə alıb.
8 aylıq əziyyətimizi valideynlər yüksək qiymətləndirdi və məktəbdə qısa müddətdə çox dəyişikliklərin baş verməsini xüsusilə vurğuladılar.
"Biz sizdən çox razıyıq.Siz bu qəsəbənin uşaqlarına yiyə durdunuz.Bunlara baxan yox idi.Məktəbə getmək istəmirdilər.İndi,əksinə hər gün bizə köynəklərin ütülətirirlər,çantalarını yığırlar, gündəliklərinə bizə özləri deyir imza ataq,deyirlər, direktor siniflərə girir özü yoxlayır."-bu sözləri bir valideyn bitirməmiş, digər fotogörüntüdə olan ağbirçək əlavə etdi: "şəxsən mənim nəvəmi siz dəfələrlə tənbeh etmisiniz, dəfələrlə valideynlərini məktəbə çağırmısınız.Məndə bir dəfə sizin otaqda olmuşam.Amma mən sizə "sağ ol" deyirəm,ona görə ki,siz bu uşaqlara yiyə durursunuz,onları pis yoldan çəkirsiniz,valideyni ayaq saxlayırsınız. Biz sizdən şəxsən çox razıyıq.təki bütün direktorlar sizin kimi çalışsın".
Təvazökarlıqdan kənara çıxsamda səmimi qeyd edim: fəaliyyətimin əsas tərkib hissəsi olan şagird-valideyn məmnunluğu məni yeni işlərə olduqca ruhlandırır,stimul verir,energetika ilə bol edir.
Xoş sözlərə və dəyər verdiyinizə görə təşəkkür edirik hörmətli valideynlərimiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi