Böyük summativ qiymətləndirmələr

BSQ-lərimiz davam edir
I yarımildən fərqli olaraq bu dəfə BSQ-lər yalnız Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənnlərindən mərkəzləşdirildi. Məqsəd: gələcəkdə buraxılış imtahanlarının tələblərinə uyğun şagirdlərin nailiyyətlərini izləmək, DİM-n imtahan prosesi və intizamı tələblərinə şagirdləri əvvəlcədən hazır etmək.
I yarımilin BSQ-lərində müşahidə olunan və bizə əziyyət verən köçürmə və intizamsızlıq problemi artıq həllini tapıb. İmtahan mədəniyyəti, demək olar ki,məktəbimizdə formalaşıb artıq.
Bu qaydada BSQ-lərin keçirilməsi (bu prosesdə fənn müəlliminin iştirakı istisna olunmur və qiymətləndirmə prosesində mütləq cəlb olunur) obyektiv qiymətləndirməyə və biliyin artmasının stimullaşdırılmasına xidmət etmiş olur.
Digər tərəfdən, müəllimlərin məsuliyyətlərinin artmalarına səbəb olur və nəticələrin zəif olması həmin fənn müəlliminin tədris ili ərzində keyfiyyət reytinqinin hansı səviyyədə olmasını müəyyən etmiş olur.
Hər halda təhsilin keyfiyyətinə bilavasitə xidmət edən bir proses.
Şagirdlərimizə bu prosesdə uğurlar və tezliklə yay sevincinə qovuşaraq möhkəm sağlamlıqlarını təmin etmək naminə istirahətlərini arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi