Məktəbimizdə 6 yeniyetmə 5 qrupda fərdi təhsilə cəlb olunublar

Məktəbimizdə 6 yeniyetmə 5 qrupda fərdi təhsilə cəlb olunublar.
Bu gün məktəb rəhbəri həmin uşaqlarla və onların valideynlərilə görüşdü.
Uşaqların gündəliklərinə və jurnallara baxıldı.Valideynlərdən təhsilin keyfiyyəti və tədris prosesinin təşkili barədə soruşuldu.
Valideynlər Azərbaycan mentalitetinə xas olan tərzdə müəllimlərinin tərifinə keçəndə və hər bir məsələdən razılıqlarını bildirəndə məktəb rəhbəri davamiyyətin nə üçün zəif olduğu,gündəliklərdə valideynin nə üçün qeydlərinin olmaması, Açıq Qapı günlərdə nə üçün iştirak etməmələri və,nəhayət,nə üçün bugünkü görüşə əsasən nənələrin gəlməsi barədə maraqlandı.
Məktəb rəhbəri dövlətin fərdi təhsilə ayrılan vəsaitin müəllimə deyil,məhs bu yeniyetmələrə ayrıldığı və bu uşaqların təhsildən yayınmasının qarşısının alınmasına yönəldiyini qeyd edərək dövlətimizin bu diqqəti müqaviıində uşaqların təhsil almalarına biganə qalmamağı xahiş etdi,müntəzəm,gündəlik maraqlanmalarını tövsiyyə etdi. 
Sonda məktəb rəhbəri bu uşaqların biliklərinin və il ərzində dərs keyfiyyətini ölçmək məqsədilə BSQ-lərə qədər monitorinqlərin keçirilməsi barədə və əgər nəticələr müsbət olmasza, əlavə məşğələlərin təşkili barədə fikrini bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi