9-cu sinif şagirdləri ilə məktəb rəhbərliyinin görüşü

Bir qrup nümunəvi 9-cu sinif şagirdləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi.
Necə deyərlər "həm ziyarət,həm ticarət": Mövzumuz Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik tədbirinə təşkilati hazırlıq məsələləri idi,lakin fürsətdən istifadə edib, səmimi sözlərimizlə icbarı təhsilin məzunları ilə bölüşdük. 
Ümumilli Liderimiz HEYDƏR ƏLİYEVİN SSRİ dövləti zamanından Azərbaycandakı və SSRİ-nin Siyasi Byurosu, Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifələrində xidmətlərindən, Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasi,iqtisadi fəaliyyətindən, Azərbaycanın iri iqtisadi layihələrdə iştirakından, dövlətimizin təhsilə qarşı qayğısından və diqqətindən, məktəbdaxili islahatlardan,tədris prosesindən,təlim-tərbiyədən və digər məsələlərdən səmimi söhbət etdik.
Görüş iştirakçıları-şagirdlərin gözlərindən,simalarından açıq-aydın müşahidə olunurdu ki, 9 ilin tədris prosesi bu yeniyetmələri sərbəst gələcək həyata, peşə seçiminə, sonrakı təhsil pillələrin hədəflərinə (tam orta təhsil,peşə təhsili) geniş düşüncə tərzinə və dünyagörüşə, Vətəndaş anlayışına yiyələndirə bilməyib.
Nəinki məzunlarla, bütün şagirdlərlə bu kimi söhbətlərə ehtiyac bilərək görüşdən zövq aldım və nümunəvi məzunlarımızı növbəti təhsil pilləsini-tam orta təhsili məktəbimizdə davam etdirilməsinə dəvət etdim.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi