Təlimə Dəstək Mərkəzinin əməkdaşları məktəbimizdə

Məktəb rəhbərliyinin dəvəti ilə Təlimə Dəstək Mərkəzinin əməkdaşları məktəbimizdə müxtəlif siniflərdə müxtəlif fənnlər üzrə (10 sinifdə Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, İngilis dili, Rus dili, Çağırışaqədərki hazırlıq, Fiziki tərbiyə, Tarix, İbtidai sinifdə Həyat Bilgisi) dərs dinləmələrdə iştirak etmişdirlər.
Məqsədimiz: dərslərimizin keyfiyyətini yüksəltmək, peşəkar metodistlərin tövsiyyələrini,məsləhətlərini,iradlarını eşitmək, birlikdə bir hədəfə-təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq.
Xüsusilə qeyd etdik ki, bu kimi təşəbbüsün nəticəsi olaraq müəllimlərə qarşı preventiv, inzibati tədbirlərin həyata keçirilməsi deyil,əksinə müəllimlərə dəstək vermək, müasir təhsil metodikasına,kurikulum tələblərinə uyğun olan tövsiyyələr vermək,fikir,təcrübə mübadiləısi aparmaq.
Odur ki, xüsusilə hazırlanmış nümunəvi, şou-xarakterli dərslərdən qətiyyən imtina olundu, metodistlərin nəzərlərinə əsasən gənc, kifayət qədər təcrübələri olmayan müəllimlərin adi,cari,gündəlik dərsləri təqdim olundu. 
Təlimə Dəstək Mərkəzinin bütün əməkdaşlarına,başda Mərkəzin rəhbəri, peşəkar təhsil işçisi, Azərbaycan dili fənni üzrə tanınmış metodist Samirə xanım Bektaşiya və məktəbimizə təklif buyurmuş qonşu məktəblərin bütün pedaqoji heyətinə səmimi təşəkkürlərimizi bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi