Yuxarı siniflərin davamiyyəti
Artıq bu həftədən yuxarı siniflərin davamiyyətini məktəb rəhbəri şəxsən yoxlayır. Vəziyyət başlanğıcda ürəkaçan deyildi.Bu gündən stabilləşmə müşahidə olunur. Həm məktəbli geyimdə, həm davamiyyətda. Hətta fiziki tərbiyə dərsində 11 ləri görə bilirik.
QEYD: bu tədris ilinin sonunadək davamiyyəti məktəb rəhbəri şəxsən yoxlayacaq. Dərsdən yayınan şagirdlərə və onların valideynlərinə artıq ciddi xəbərdarlıq göndərilib. Tələblərimizə əməl etməyənlər təhsildən yayınanlar kimi qiymətləndiriləcək,həmin şagirdlərin müntəzəm gəlməmələri aktlaşdırılacaq və müvafiq məktubla təhsildən yayınma faktı kimi aidiyyatı qurumlara müraciət olunaraq həmin şagirdlər kontingentdən çıxarılacaqlar.
Nəzərə çatdıraq ki, tam orta təhsil icbari xarakter daşımır və burada təhsil alma şagirdin könüllülük prinsipi və məktəbin 10-cü sinfə qəbulda irəli sürdüyü tədris tələbləri və təhsil təmayyülləri əsasında aparılır.
Odur ki, təhsilin keyfiyyəti naminə dərslərdə müntəzəm iştirak edən hər bir şagirdimizə, bizləri başa düşüb dəstəkləyən hər bir valideynə təşəkkür edirik.