Xarici dillər üzrə Fənn Metodbirləşmənin iclası

Xarici dillər üzrə Fənn Metodbirləşmənin iclasında məktəb rəhbərliyi iştirak etdi.
BMT-nin 5 rəsmi dilindən iki aparıcı dilləri olan-ingilis və rus dillərinin məktəbimizdə tədris səviyyəsi bizi qane etmir.
Ənənəvi sentyabr konfransında Təhsil Nazirinin xarici dillərin tədris səviyyələrinin artırılması barədə tövsiyyələri müəllimlərin nəzərlərinə bir daha çatdırıldı.
Səmimi fikirlərimizi, iradlarımızı bildirdik.
Qərara aldıq ki, hər müəllim tədris ilinin sonunda ən azı 100 sözün şagirdlərin lüğətlərində əks olunmasını və əzbərləmələrini təmin etsinlər. 
Rus dili ilə bağlı qərara alındı ki, rus şairi, Bakıda yaşamış və Bakıya vurulmuş, Bakıya şerlər həsr etmiş Serqey Eseninə həsr olunmuş tədbir hazırlansın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi