Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları məktəbimizdə

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları məktəbimizdə olmuş, IX-X sinif şagirdlərlə görüşərək peşə təhsil haqqında maarifləndirici məlumast vermişdirlər.
Mərkəzin direktoru, peşəkar təhsil işçisi, dostumuz Pərviz müəllim Həmzəyevə təşəkkür edirik!

Hesab edirik ki, təhsildə yararsız şagird olmur, sadəcə hər bir yeniyetməni öz daxili xüsusiyyətlərinə,dünyagörüşünə, bilik və intellekt dərəcəsinə görə istiqamətləndirmək lazımdır.
Hər bir təhsil işçinin vəzifə borcudur ki, yeniyetməni, hətta ən uğursuz,ümüdsüz yeniyetməni belə, həyata hazırlasın, onun gələcək yolunu izah edə bilsin, istiqamətləndirsin,yəni,bir sözlə,cəmiyyətə, bədbəxt,lazımsız,əlindən bir iş gəlməyən vətəndaş deyil, nikbin, mənəviyyətlı,zəhmətkeş,tərbiyəli vətəndaş yetişdirib təhvil vermək.
Odur ki, özümüzə BORC bildik, gələcək təhsil pillələrində (bakalavr,magistr) perspektivli görünməyən yeniyetmələrimizi peşə təhsilinə istiqamətləndirək: goy həmin övladlar sənəd sahibi olub,gələcəkdə maddi təminatları barədə əziyyət çəkməsinlər heç olmasa.
GƏLƏCƏYİNİZ XÖŞBƏXT OLSUN ƏZİZ YENİYETMƏLƏR!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi