İnformatika fənnindən Açıq dərs

Sonuncu Pedaqoji Şurada müəllimlərimizə tövsiyyə etdik ki, siniflərdə partaların köhnə, ənənəvi üsulla düzülüşünə yenidən baxsınlar və müasir təhsil standartların tələblərinə uyğun düzsünlər.
Uzun müddətdir məktəbimizdə partaların düzülüşünə əhəmiyyət verməyən müəllimlər, nəhayət tədris prosesinə yanaşmada bizə dəstək oldular.
Kimsə deyə bilər: qrup şəklində düzülüş mübahisəlidir və vacib deyil. Lakin subyektiv fikrimiz:ənənəvi düzülüş ön və arxa sıralarda əyləşən şagirdlər arasında ayrı-seçkilik yaradır, arxa sırada qərarlaşan şagird sanki dərsdən təcrid olunur, müəllim ənənəvi düzülüşdə əsasən lövhə yanında dayanır və ya müəllim masası arxasında əyləşir. Beləliklə,dərsin qavrama və auditoriya tərəfindən izləmə keyfiyyəti aşağı düşür. Bu problemləri qrup şəklində düzülüş aradan qaldırır.
Ümumiyyətlə,inkişaf etmiş dövlətlərin təhsil modellərində demək olar ki, lövhədən müəllim istifadə etmir. Müəllim daima hərəkətdə olur, bütün şagirdlərlə eyni distansiyada təmasda olur, daha çox şagirdlər öz qarşılarındakı iş dəftərlərində və ya tapşırıqlarda çalışır.Yəni lövhəyə yalnız zərurət yarananda müraciət olunur,bütün işlər qrup masaların üzərində gedir.Beləliklə, dərs canlanır, aktiv keçir, şagirdlərin marağına səbəb olur. Lövhə yalnız nəyisə nümayiş etdirməyə istifadə olunur.
Məktəbimizin informatika müəllimi Nüşabə xanım Allahverdiyeva öz Açıq Dərsində çalışdı yeni təhsil modelinin tətbiqində təşəbbüsümüzə dəstək versin.Çox yüksək səviyyədə alındı.Fənnin ağırlığın və müasir həyatımızda rolunu nəzərə alaraq həmişə öz yüksək məsuliyyəti və pedaqoqluğu ilə fərqlənən Nüşabə xanımı bu yüksək səviyyəli dərsə görə təbrik edirik və öz səmimi təşəkkürlərimizi bildirirk.