Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Martın 18-də Bakı məktəblərində 2,3,4,5,6,7,8,9,10-cu sinif məktəbliləri üçün ilk dəfə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.
18.03.2018-ci il tarixdə saat 10.00da keçiriləcək bu olimpiadaya Bakı məktəbləri ilə yanaşı eyni vaxtda 60 ölkənin şagirdləri qatılacaq.
İlk dəfə olaraq Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi Bakı şagirdlərinə beynəlxalq riyaziyyat yarışmasına qatılmağa imkan yaradır.
İstənilən şagird bu linkə daxil olub, sinifi, bölməni (azərbaycan,rus,ingilis) seçərək və qeydiyyatdan keçərək iştirak edə bilər: http://www.ttm.edu.az/az/exam-list.php
Nəzərinizə çatdıraq ki, Olimpiada yalnız mərkəz-məktəblərdə təşkil olunur. Sabunçu rayonu üzrə məktəbimiz mərkəz-məktəb kimi müəyyən olunub.