Bügünkü növbəti Açıq Qapı günümüz keçirildi

Bügünkü növbəti Açıq Qapı günümüz keçirildi...
Sevindirici haldır ki, keçən Açıq Qapılardan fərqli olaraq, bu dəfə xeyli valideyn məktəb rəhbərinə şəxsən yaxınlaşaraq məktəbdə son vaxtlar aparılan islahatları dəstəkləmələri,neqativ halların qarşısının alınması, dərslərin keyfiyyətinin xeyli artması barədə fikirlər səsləndirdilər, bir-neçə valideynin sosial şəbəkələrdə yaydıqları böhtanxarakterli məlumatları pislədiklərini və bu, 3-4 nəfər qərəzli valideynin fikirlərini bütün qəsəbə sakinlərinin, 2356 şagird kontingenti olan məktəb valideynlərinin fikirləri kimi başa düşülməməsini xahiş etdilər. Bir qrup valideyn hətta bildirdi ki, "hara lazımdır getməyə,müraciət etməyə hazırıq. Niyə sizi qoymurlar işləməyə? Niyə təmiz adamı ləkələyirlər?Kimə sərf etmir vicdanlı adam? Bizim balalarımıza bu cür məktəb lazımdır:səliqəli,təmiz,intizamlı,müəllimlərdə yerində". Bir valideyn qeyd etdi, "6 ildir bu məktəbə gəlib-gedirəm, hələ uşaq Açıq dərs bilmirdi nədir. Son vaxtlar uşaq gündə gəlib deyir, filan sinifdə Açıq dərs, bu sinifdə Açıq dərs.Səhnəciklərə hazırlaşırlar.Nəyi pisdir bunun?".
Bir valideyn də soruşdu: "Azər müəllim, keçən Açıq Qapılarda "Maşa" və "Ayı", uşaqları əyləndirən animator var idi, bu dəfə niyə yoxdur?". Çox təəsüf edə-edə bildirdim: "hələ bu söz-söhbətlərin, birdə maliyyə imkanlarımızın olmadığı səbəbindən bu dəfə edə bilmədik, inşallah çalışarıq gələn dəfə olsun".
11-ci sinfin valideyni yaxınlaşaraq bir müəllim kimi mənə təşəkkürün bildirdi və söylədi:"Azər müəllim, mən uşağımı əvvəllər məktəbə gücnən göndərirdim. Getmək istəmirdi.Gəlib deyirdi ki,müəllimlər köbuddur, təhqir edirlər, qışqırırlar. Dərslər lazımi səviyyədə keçmirdi. Hər il bir direktor dəyişirdi. Gözləyirdik ki,bir yaxşı direktor gəlsin və qayda-qanun yaratsın. Bizim qismətimizə gec düşsə də, siz gəldiz. Məktəbdə canlanma var. Məktəb sanki dirçəlib. İndi qızım deyir ki, direktor tez-tez korirdorlarda gəzir,özü dərsləri yoxlayır. Həmdə qızım həmişə gəlib danışır ki, Azər müəllim "İqtisadiyyatın əsasları" fənnini o qədər mədəni və maraqlı aparır ki, o qədər yaxşı izah edir ki, həmişə onun dərsini səbirsizliklə gözləyirəm."
TƏŞƏKKÜR EDİRƏM HÖRMƏTLİ VALİDEYNLƏR!! RUH VERDİNİZ BİZLƏRƏ, ƏMƏYİMİZ VƏ ƏZİYYƏTLƏRİMİZ ƏBƏS DEYİLMİŞ! SAG OLUN, VAR OLUN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi