Bəzi məsələlərə aydinliq gətirdik

Fiziki tərbiyə,texnologiya,ingilis dili müəllimləri neçə gündür gəlirlər soruşurlar ki,bəhs eşitmişik dərslərimiz qruplara bölünməyəcək, bizim aqibətimiz necə olacaq?
Həmin müəllimlərə cavab verirəm: bəhs 4 ildir həm bu səhifəmdə, həm Pedaqoji Şura iclaslarda,həm fərdi söhbətlərdə dəfələrlə vurğulamışam ki, həmin ixtisaslara dövlət 1 saatı 2 dəfə ödəməli olur (dərslər qruplara bölünür), dövlət büdcəsindən 2 qat maliyyə ona görə ayırır ki,təhsilin keyfiyyəti tələb olunan səviyyədə olsun.
Fikir vermisinizsə, bu məktəbə də təyin olunduğum gündən fiziki tərbiyə,ingilis dili,texnologiya,informatika dəsrlərinin "üstünə" düşdüm, informatika dərslərinin qruplara bölünməsini dayandırdım (müvafiq 2 informatika kabinetinin olmaması səbəbindən).
Kimsə deyə bilər: niyə imkan vermirsiz dolanaq? CAVAB:Tam vicdanımla deyirəm:heç kəsin,ələxsus müəllimlərin dolanmasının əleyhinə deyiləm,əksinə müəllimlərin,təhsil işçilərinin yüksək səviyyədə təmin olunmasının tərəfdarıyam. Lakin, dövlətin vəsaitini alıb bu vəsaitə uyğun öhdəlikləri yerinə yetirməmək-bax bunun əleyhinəyəm. Sözün qısası: həmin ixtisaslar üzrə dərslərin bölünməsinin və ödənişlərin əleyhinə deyiləm, bu dərslərin keçirilməməsinin, "xalturanın" əleyhinəyəm.
Odur ki, məktəbimizdə bu fənnlərin tədrisinə həmişə ciddi nəzarət ediləcək və dövlət vəsaitinin hər qəpiyi QORUNACAQ, təyinatı üzrə xərclənəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi