187 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar mühazirə
Bu gün Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 187 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar mühazirə keçirildi.
Mühazirəçi qismində 22 nömrəli tam orta məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov "Azərbaycanın aqrar inkişafında Heydər Əliyev irsi" mövzusunda çıxış etdi.
Azərbaycan xalqının dahi şəxsiyyəti, SSRİ-nin ən yüksək zirvələrindən olan Siyasi Büronun üzvü, SSRİ Baş Nazirinin 1-ci müavini, SSRİ Başçısı Mixayıl Qorbaçyova 20 yanvar hadisələrinə görə cəsarətcəsinə cinayətkar deyən və bütün imtiyazlardan imtina edib Azərbaycan xalqına çətin bir "yiyəsiz" dövrdə Liderlik edən HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ barədə ürək sözlərimizi dedik.
Olduqca sevindirici haldır ki, məktəbimizin və 187 nömrəli məktəbin yuxarı sinif şagirdləri 1 saatdan artıq davam edən mühazirəni sona qədər diqqətlə dinlədilər.
Gənclərin baxışlarından və diqqətlə dinləmələrindən hiss edirdim ki, 10-11 il ərzində bu yeniyetmələr kifayət qədər dolğun məlumat ala bilməyiblər.
Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını müsbət saldoya gətirib çıxarması və ölkəni aqrar respublikadan iri sənaye respublikasına çevirməsi, elmə,təhsilə,incəsənətə,memarlıq və tikinti sahəsinə, milli ənənələrimizin qorunmasına,SSRİ tərkibində Azərbaycan dilini dövlət dili kimi tanınmasına və s. xidmətləri haqqında hiss edirdim ki,gənclər kifayət qədər məlumatlı deyildi.
Odur ki, TƏHSİL NAZİRLİYİNƏ, BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİNƏ BU KİMİ,OLDUQCA VACİB VƏ ÖNƏMLİ LAYİHƏYƏ GÖRƏ, MƏKTƏBLƏRDƏ İDEOLOJİ BOŞLUQLARININ ARADAN QALDIRILMASINA XİDMƏT EDƏN BU KİMİ MÜHAZİRƏLƏRƏ GÖRƏ SƏMİMİ QƏLBDƏN TƏŞƏKKÜR EDİRƏM.