Təhsil ocağina edilən hörmət
Bəzi yaşayış əraziləri varki, orada mədəniyyət evləri, teatrlar, yaradıcılıq mərkəzləri və s. mədəniyyət məkanları ümumiyyətlə mövcud deyil. Məktəbimizin məskunlaşdığı ərazidə sakinlərin asudə vaxtlarını keçirməyə heç nəinki bir park, skameyka, normal asfalt örtüklü yol belə yoxdur.
Təbii ki, bu kimi ərazilərdə məktəbin üzərinə ikiqat yük düşür: məktəb təhsil müəssisəsi ilə yanaşı mədəniyyət ocaqlarını, yeniyetmələrin məktəbdənkənar fəaliyyətlərini, asudə vaxtlarının keçirmə məkanlarını əvəz etmək məcburiyyətində qalır.
Lakin ən önəmli problem bundan ibarətdir ki, dünyagörüşləri məhdud formalaşan yeniyetmələrdə tədricən davranış problemləri özünü biruzə verir.
İndi fotogörüntüdə gördüyünüz mənzərəni bizim məktəbin bəzi şagirdləri dünən dərsdən sonra sinifi tərk edərkən törədib:guya əylənirlər (utanc mənzərə olsada çəkinmədən göstərirəm).
Həmin şagirdlərə və onların valideynlərinə üz tutub soruşuram: bəyəm Sizlər istirahətə,məsələn, Dənizkənarı Parka (bulvara) və ya digər istirahət mərkəzlərinə gedəndə həmin məkanın avadanlıqlarını əyləncə predmetinə çevirərək insana xas olmayan tərzdə istirahət edirsiniz?
Bəlkə təfəkkürlərimizin mədəni hissəsində dönüş yaradaq, onsuzda işləri,zəhməti ağır olan məktəbin xadimələrinin zəhmətlərinə hörmətlə yanaşaq?
P.S. Sinif rəhbərləri, növbətçi müəllimlər və həmin "məhsulu"- şagirdləri illərcə "yetişdirən" müəllimlər: düşünməyə xeyli mövzular və əsaslar var...