Şagirdlərin,yeniyetmələrin sağlamlıqlarına xüsusi diqqət
Məktəbdən qısa müddət ərzində siqareti tam yığışdırdıq.
Şagirdlərin,yeniyetmələrin sağlamlıqlarına xüsusi diqqət yetiririk.
Fiziki tərbiyə dərsləri açıq havada keçirilir və artıq bütün məktəbin şagirdləri,istər ibtidai,istər yuxarı siniflər, fiziki tərbiyə dərsinə sevinə-sevinə gəlirlər. Beləliklə, sinif otaqlarından çıxaraq yeniyetmələr oksigen çatışmamazlıqlarını havada bərpa edirlər.
Tibb bacıları sinifləri gündəlik monitorinq edir: qeyrisağlam uşaqları gündə müəyyən edib tədbir görürük.
Bu gün Sabunçu rayon Birləşmiş Xəstəxananın baş həkimi Səriyyə xanımla danışdım, razılaşdıq ki,bütün qeyrisağlam uşaqların siyahısını bir daha dəqiqləşdirərək onlara tədbirlər üçün təqdim edim.
Bütün məktəbin şagirdlərini son 1 ay ərzində tibbi müayinədən keçirdik.
2 şagirdimizin təhsil formasını dəyişərək evdə təhsilə cəlb etdik.
Bufetin fəaliyyətini, uşaqların qidalanmasını diqqətdən kənarda qoymuruq. Müəllimlərə tapşırılıb ki,böyük tənəffüsdə uşaqların su və qida qəbulu üçün şərait yaratsınlar.
Sinif otaqlarının tənəffüsdə havasının dəyişilməsi,nəfəsliklərin tez-tez açılmasına da diqqət yetiririk.
Ayda 1 dəfə dezinfeksiya da öz yerində.
"Mən sağlam olmaq istəyirəm" adlı tədbirdə sağlam həyat tərzindən şagirdlərimizə məlumat verdik.
Tədbirin təşkilatçısı məktəbimizin Hərbi rəhbəri və GÇH-Fiziki tərbiyə metodbirləşmənin rəhbəri Vasif müəllim Hidayətova xüsusi təşəkkür edirik.