BŞTİ-inin müdir müavini Rəşad Tağıyevin başçılığı ilə idarənin bir qrup əməkdaşlarının məktəbimizlə tanışlığı
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyevin başçılığı ilə idarənin bir qrup əməkdaşları məktəbimizdə olmuş, burada aparılan yenidənqurma,quruculuq və islahatxarakterli işlərlə tanış olmuşdurlar.
Məktəbimizin tam yenidən qurulan kitabxananın açılışını etmişdirlər. Qeyd edək ki,həmin günü məktəbimizdə keçirilən səyyar qəbul məhs yeni formatda qurulan kitabxanamızda baş tutmuşdur.
Sinif otaqlarında tədris prosesi üçün yaradılan şəraitlə tanış olmuşdurlar.
Həmişə öz yüksək mədəniyyəti,ziyalılığı, səmimiyyəti və sadəliyi ilə seçilən, işinə olduqca yüksək məsuliyyəti ilə yanaşan Rəşad müəllimə, məktəbimizə təklif buyurmuş dəyərli qonaqlarımıza, Bakı şəhəri üzrə Təhsil idarəsinin rəhbəri Məhəbbət xanım Vəliyevaya məktəbimizə göstərilən dəstəyə görə kollektivimiz adından səmimi təşəkkürlərimzii bildiririk.
Əlimizdən gələni və gəlməyəni edirik ki, etimadı yüksək səviyyədə doğruldaq.
P.S. Fotogörüntülərin keyfiyyətində problemin olması bu sahədə məktəbimizdə hələ mütəxəssisin olmamasından irəli gəlir.