08.12.2017-ci il tarixdə məktəbin elektrik təminatı Azerişıq ASC tərəfindən dayandırılmasi
08.12.2017-ci il tarixdə məktəbin elektrik təminatı Azerişıq ASC tərəfindən heç bir səbəb göstərilmədən, əvvəlcədən heç bir məlumat verilmədən dayandırıldı.
Zəng etmək cəhdlərimiz həmişə olduğu kimi, rəislərin guya ərazidə olmaları və katibənin guya qəzanın baş verməsi cavabı ilə nəticələndi.
Maraqlıdır: həftədə 2-3 dəfə qəza olursa (son bir ayda,hər həftə 2-3 dəfə elektrik enerjimiz kəsilir), nə üçün Azerişıq ASC tədbir görmür? Səhiyyə və təhsil müəssisələrində enerjinin dayandırılması nə dərəcədə düzgündür?
Yeri gəlmişkən qeyd edək ki, Təhsil Nazirliyi vaxtı-vaxtında ödənişlərini edir.
2-ci növbənin şagirdlərini qaranlıq olduğundan dərslərin bitməsinə 20 dəqiqə qalmış mütəşəkkil qaydada evakuasiya etdik.
Bu prosesdə məktəb rəhbərliyi daxil olmaqla bütün heyət iştirak etdi ki, pilləkənlərdə, qapıların önündə şagird sıxlığından hər-hansı hadisə baş verməsin.