Açiq havada fiziki tərbiyə
Bəzən elə başa düşülür ki, məktəb rəhbərliyi müvafiq göstəriş verərkən müəyyən müddətdən sonra həmin göstərişi unudur.
Təyin olunduğum ilk günlərdən fiziki tərbiyə müəllimlərinə tövsiyyə etdim ki, dərslərini maksimum dərəcədə açıq havada keçsinlər, uşaqlar oksigenlə zəngin olan havada məşğul olsunlar.
Son monitorinqimizdə səsləndirdiyimiz iradlar təsirsiz ötüşmədi: dərslərin gedişatında,keyfiyyətində,idman geyimlərdə ciddi dönüş yarandı.
Yeri gəlmişkən qeyd edim ki, Böyük Britaniya və digər inkişaf etmiş dövlətlərin əksər məktəblərində fiziki tərbiyə, biologiya, astronomiya və s.kimi fənnlər açıq havada keçirilir.
Kiprda hətta bəzi təhsil müəssisələri inşa olunarkən yay sinif otaqları nəzərdə tutulur ki, həmin siniflərdə (besedka şəklində) dərslər yalnız açıq havada keçirilir.
Odur ki, verdiyimiz göstərişi unutmamışıq dəyərli müəllimlərimiz.
Hava sabitdirsə, əl çəkməyəcəyik.yalniz açıq hava şəraitində.