Pedaqoji Şuramızda yaratdığımız Tədris-Metodiki Şuranın ilk 1 saylı iclası

04.11.2017-ci il tarixli Pedaqoji Şuramızda yaratdığımız və təsdiq etdiyimiz Tədris-Metodiki Şuranın ilk 1 saylı iclası keçirildi.
Gündəlikdə 7 məsələ və 1 cari məsələ müzakirə olundu.
Dərs dinləmə və Açıq dərslərin cədvəlləri təsdiq olundu.
BSQ-1 -ə hazırlıqla bağlı müvafiq qərar qəbul etdik.
Siniflərin müvəffəqiyyət dərəcələri müzakirə olundu və ilin sonuna qədər izlənilmələrinə qərar verdik.
Qiymətləndirmələrin obyektiv keçirilmələrinə, KSQ-lərin mütəşəkkil, köçürmələrsiz keçirilmələrinə dair qərara gəldik.
Bəzi fənnlər üzrə dərslərin keyfiyyət göstəriciləri tələb olunan səviyyədə olmadığından həmin dərslərin intensiv dinləmələrinə qərar verdik.
BŞTİ-nin 30.10.2017-ci il tarixli Fəaliyyət Planına uyğun olaraq Pedaqoji mühazirələrin məktəb turu və rayon mərhələsinə təqdim olunacaq mühazirəçi-namizədlər müzakirə olundu.
Digər cari məsələlər barədə Şura üzvləri fikirlərini bildirdi və müvafiq qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi