Sinif otaqlarının ilk günündə şagirdlərimizin və müəllimlərimizin istifadəsinə verilməsi
Yeni sima, yeni görkəm almış, Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyəti tərəfindən ən yüksək qiymətə layiq görülən-Azərbaycan Müəllimi adına yaraşan sinif otaqlarının tədris prosesinin tətildən sonrakı ilk günündə şagirdlərimizin və müəllimlərimizin istifadəsinə verilməsi münasibəti ilə qısamüddətli toplantı...
Məktəb rəhbəri şagirdlərimizi məktəb simasının bu qısamüddətli (4-5gün) inqilabı estetik dəyişikliyə görə təbrik etdi, bu işdə fədakarcasına çalışan, iştirak edən,əziyyət çəkən BÖYÜK BİRLİK VƏ ORDU QÜVVƏSİNİ,QÜDRƏTİNİ NÜMAYİŞ ETDİRƏN MƏKTƏBİN BÜTÜN PEDAQOJİ VƏ TEXNİKİ HEYƏTİNƏ SƏMİMİ TƏŞƏKKÜRLƏRİNİ BİLDİRDİ.
Sonda məktəb rəhbəri ürəkdən gələn sözlərini qürurla bildirdi:EŞQ OLSUN AZƏRBAYCAN MÜƏLLİMİNƏ Kİ, BÖYÜK BİRLİK NÜMAYİŞ ETDİRDİ VƏ 4 GÜNƏ MƏKTƏBİN SİMASINI DƏYİŞDİ! EŞQ OLSUN 22 NÖMRƏLİ MƏKTƏBİN KOLLEKTİVİNƏ!
Bu sözlərdən sonra zal şagirdlərin alqışları ilə "partladı".