Məktəbimizdə yenidənqurma işləri
2355 şagird kontingenti və 87 sinfi olan bu ərazidə yeganə olan məktəbimizin ştatında 2 tibb bacısı olsada tibb otağı mövcud deyildi.
İslahatımızın startı zamanı ilk qərarlarımızdan biri şagirdlərimizin,yeniyetmələrin sağlamlığına xidmət edə biləcək tibb otağının yaradılması oldu.
Sıxlıq və sinif otaqlarının çatışmamazlığından əziyyət çəkən məktəbimizdə bu problemi həll etdik, hətda su ilə təmin etdik yeni yaradılmış tibb otağını.
Gizlətmirəm: məktəbimizin olduqca ağır durumunda kişi müəllimləri və texniki heyət təklifimizə dəstək verdilər və öz resurslarını məktəbin və yeniyetmələrin marağı naminə əsirgəmədilər.
Minnətdarıq Sizlərə əziz fədakar müəllimlərimiz və əməkdaşlarımız, olduqca savab iş gördünüz, neçə-neçə yeniyetmələrin, Azərbaycan övladlarının sağlamlıqlarına biganə qalmadınız!
ÇOX SAG OLUN!