1-ci sinif valideynləri ilə yeni məktəb rəhbərinin ilk görüşü

1-ci sinif valideynləri ilə yeni təyin olunmuş məktəb rəhbərinin ilk görüşü.
Hörmətli valideynlərimizlə toplantı formatında ilk görüşümüz oldu.
Valideynlərimizdən olduqca razı qaldım. Diqqətlə dinlədilər. Bütün məsələlər, məqsədimiz, hədəflərimiz, strategiyamız haqqımda ətraflı məlumat verdik. Bütün sualları cavablandırdıq,narahat edən məsələlərə aydınlıq gətirdik.
Hörmətli valideynlərimizə söz verdim ki,əlimdən gələni edəcəm ki,övladları məktəbdə keyfiyyətli təhsil alsınlar, bütün pedaqoji heyəti yeniyetmələrə qarşı diqqətli olmağa səfərbər edəcəm, uşaqların hərtərəfli inkişafına,o cümlədən onların sağlam olmalarına ciddi nəzarət edəcəm.

P.S. Gözləmədiyim an: valideynlər bir-bir tribunaya yaxınlaşaraq yeni direktorlarını təbrik edərək, sən demə 1 ay ərzində mənim fəaliyyətimi diqqətlə izləyirmişlər və bu fəaliyyətdən çox razı qaldıqlarını,qısa müddətdə çox işlərin görülməsini qeyd etdilər, hətta bir valideyn mənim keçmiş fəaliyyətimi araşdırıb və bu fəaliyyətdən razı qaldığını bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi