Təhsil ocağina laqeyidlilik
Dövlətimiz, başda Prezidentimiz cənab İlham Əliyev və 1-ci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva hər il onlarla yeni inşa olunmuş və ya əsaslı təmirdən çıxmış məktəb binalarının açılışında şəxsən olurlar, qlobal,olduqca mürəkkəb bir geosiyasi tarixi mərhələdə,məktəblərə şəxsən gəlmələrinə zaman tapırlar və,beləliklə, bütün cəmiyyətə,aidiyyatı qurumlara, ümumtəhsilin nə qədər vacib,strateji sahə olduğuna işarə edirlər..
Lakin,təəsüf edirik ki,təhsil sistemində hələ də bu qayğıdan nəinki lazımi qaydada yararlana bilməyən,bəzən məsuliyyətsiz,səhlənkar,olduqca yolverilməz münasibət bəsləyənlər var. Nə demək istəyirəm?
Söhbət məktəblərə verilən dövlət əmlakından gedir. Neçə zaman çox tərəddüd edirdim və bu mövzuya toxunmaq istəmirdim.Daha doğrusu gündəlik fəaliyyətimdə bunula məşğul olurdum,lakin işıqlandırmaqdan utanırdım.
Öz həmkarlarımın,təhsil işçilərin,pedaqoqların yerinə utanırdım.
Şəhər mərkəzindən 8 dəqiqəlik məsafədə yerləşən məktəbi hansı təfəkkürlə, hansı yanaşma ilə bu hala salmaq olar?
Nədir səbəb? Səhlənkarlıq,məsuliyyətsizlik, seçdiyi peşəyə nifrət,iş yerinə hörmətsizlik,yoxsa etiraz? Kimə? ...????
Bir sözlə fotogörüntülər XXI əsrin, başlıqda qeyd etdiyim ki, məktəblərə verilən və göstərilən qayğı və dəstəyin fonunda, şagirdlərin "qəhrəmanlıqlarının" nəticəsidir.
Yəgin bu yazım hörmətli valideynləri,şagirdləri və gözləri önündə məktəbin dağılmasını son 3-4 ildə müşahidə edən pedaqoji heyəti düşünməyə vadar edər...
P.S.TƏKLİF: Məktəbin inventarı,avadanlıqları,mal-materialları təhvil-təslimdə təkcə məktəb direktoruna və təsərrüfat müdirinə deyil, BÜTÜN KOLLEKTİVƏ AKTLA VERİLSİN və həmin aktda kollektivi təmsil edən İlk Həmkarlar təşkilatı sədrinin imzası mütləq olsun, Kollektiv Sazişdə də bu əksini tapsın!