Məktəbin dezinfeksiya prosesi

Yadımdadır...Öncə işlədiyim məktəbdə Sanitar Epidemioloji Mərkəzin məktəbimizə gələn əməkdaşına məktəbi qaydalara uyğun ayda 3 dəfə tam dezinfeksiya etməsini, şagirdlərin təhsil aldıqları "ocağa" hörmətlə yanaşmasını, öz vəzifə funksiyasını vicdanla yerinə yetirilməsini tələb edəndə "qurban olum", "mən nə qədər maaş alıram ki, bunu edim", "qadasını alım möhür vur ki,etmişəm çıxım gedim", "yoxsa maaşımı vermiyəcəklər" və s.sözlərlə sirf məişət mentalitetini işə salırdı. 
Sual verəndə ki, bəhs razı olardız sizin övladınız natəmiz şəraitdə təhsil alsın, ayaqyolunda, bufetdə uşaqlar yoluxucu infeksiya tutsalar onda necə?, cavab eyni olurdu: "qurban olum","hamı vurur","incitmə məni".
Nəticədə məcbur oldum, rəsmi məktubla həmin mərkəzə müraciət etdim, həmin xanımı məktəbimizdən kənarlaşdırdılar, digər, olduqca məsuliyyətli bir cavan oğlan-əməkdaşı göndərdilər, və o, alman saatı kimi məktəbə gəlib öz dezinfeksiya işini görüb gedirdi.
Mən rahat oldum ki,yeniyetmələr təmiz şəraitdə təhsil alacaqlar, amma eşitdim ki, təsərrüfat müdirim mənim bu prinsipiallığımdan çox narazı qaldılar.
Amma mən öz işimdə oldum, ona görə ki, vicdanım və həmin yeniyetmələrin,şagirdlərin,onların valideynlərinin qarşısında özümü "ağ vərəq" kimi təmiz hesab etdim:bəyəm bu dezinfeksiya mənə lazım idi? mən məktəb üçün etdim bunu.

Eyni siyasət 22 saylı məktəbdə davam etdi. Məktəb tam dezinfeksiya edildi.Sabunçu Sanitar Epidemioloji Mərkəzin əməkdaşı mənim yarımdəqiqəlik izahımdan düzgün nəticə çıxardı və öz vəzifə funksiyalarını vicdanla yerinə yetirdi, bütün məktəbi dezinfeksiya etdi.
Həmin əməkdaşa, Yazagül xanıma və təmsil etdiyi quruma dərin təşəkkürlərimizi bildiririk. Savab iş gördünüz, təşəkkürlər!!!!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi