Növbədənkənar 2 saylı Pedaqoji Şura iclasımız
Növbədənkənar 2 saylı Pedaqoji Şura iclasımız nəhayət keçirildi.
Gündəlikdə 9 məsələ müzakirə olundu.Məktəbimizdə islahatlara rəsmən start verildi. Təhsil Nazirinin "Təhsildə keyfiyyət ili" əmri xüsusilə müzakirə olundu və qarşımızdakı hədəflər,vəzifələr,istiqamətlər müəyyən olundu.
Tədris-metodiki Şura yaradıldı və üzvlər seçildi.
Tədris intizamı, fəaliyyət planları, buraxılış siniflərində istiqamətlər, məktəbin qiymətləndirmə siyasəti, "şişirdilmiş" qiymətlərlə mübarizə hədəflərimiz, ədalətli,obyektiv qiymətləndirmə, KSQ və BSQ-lərin keçirilməsinin yeni mütəşəkkil formatda olması, şagirdlərlə müəllimlər münasibətlərin sivil, qanuni çərçivədə olması, şagirdlərin şərəf və ləyaqətinin,insan şəxsiyyətinin alçaldılmasına yol verilməməsi, valideynlərlə sistemli şəkildə təmasın qurulması, məktəbin maddi-texniki,inventar balansının qorunması və bərpa olunması,israfçılığın qarşısının alınması və s. məsələlər 3 saatdan artıq müzakirə olundu və qərarlar qəbul olundu.
Bütün pedaqoji heyətimizə və bütün kollektivimizə möhkəm səbr nümayiş etdirib çox mühüm toplantıda-məktəbin ali orqanı olan Pedaqoji Şurada məsuliyyətlə 100% davamiyyətlə iştiraklarına görə təşəkkür edirik.