Sinif rəhbərləri məktəbin ən aparıcı qüvvələri
Sinif rəhbəri məktəbin ən aparıcı qüvvələrindən biridir. Əgər məktəb rəhbərliyi məktəbin idarə olunması mexanizmini mükəmməl təşkil etmək istəyirsə sinifləri peşəkarlar idarə etməlidir. Bu baxımdan məktəbimizdə sinif rəhbərliyi strategiyasına yenidən baxmaq fikrindəyik.
Siniflərin çox olması kadr seçimimizi çətinləşdirir.
Tələb olunan səviyyədə idarə olunmayan siniflərə baş çəkdik. İradlarımızı bildirdik.
Sinif rəhbərləri ilə, xüsusilə, ilk dəfə təyin olunmuş sinif rəhbərləri ilə ay ərzində növbəti, 2-ci görüşümüzü keçirdik.
Siniflərdə idarəetmə istiqamətlərini, qanunvericilik tələblərini, jurnalların,şəxsi işlərin aparılması,fənn müəllimlərinin dərslərinin dinlənilməsi, şagirdlərin bilik nailiyyətlərinin, məktəbdənkənar nailiyyətlərinin izlənilməsi və uçotu,sinif avadanlıqlarının qorunması, sinif otaqlarının abadlaşdırılması tələblərimizi irəli sürdük və inzibatçılıqdan uzaq olan əməkdaşlığımızı təklif etdik.
Bu məsələ daimi olaraq nəzarətimizdə saxlanılacaq.