Məktəb müvəqqəti dərs cədvəli ilə fəaliyyət göstərirdi

87 sinfin və 126 müəllimin 2-növbəli 6 günlük dərs cədvəlini mükəmməl hala gətirmək, 45 sinif otağında bütün bölünən dərslərlə birlikdə (ingilis dili, texnologiya, rus dili, fiziki tərbiyə) yerləşdirmək, "ağır" kateqoriyaya aid fənnlərin (riyaziyyat, ana dili) imkan daxilində daha əvvəl sıralarda yer almalarını təmin etmək, digər tərəfdən müəllimlərin rahatlığını nəzərə almaq və,nəhayət, son variantlı cədvəli 1 həftə aprobasiya etmək- bütün bunlar zamanımızı alsa da DƏRS CƏDVƏLİMİZİ bu gün imzaladıq, təsdiqlədik və müəllimlər, şagirdlər, valideynlər üçün müvafiq görünən yerlərdə yerləşdirdik. 
Dərs cədvəlinin tədris ilinin əvvəlində hazır olmamasına və həmin səbəbdən yaşanan müvəqqəti narahatlığa görə bir daha üzr istəyirik.
İslahatlara start verilən məktəbin tələblərinə uyğun olaraq Dərs cədvəlini tam yenidən işləyib tərtib olunmasına, elektron qaydada yığılıb tədris prosesinin nizama salınmasına təqdim olunmasına tam səfərbər olmuş məktəbin rəhbər heyətinə: Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Alı Məmmədova, Reyhan Hacızadəyə, Tural Şirinova, Təsərrüfat işləri üzrə direktor müavini Novruz İsmayılova və cədvəlin aprobasiyasinda bizə köməklik göstərən laborant Leylaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi