"Azərbaycan dili milli varlığımızdır!" adlı debat keçirildi.

F.Bayramov adına 22 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 8578 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması" ilə bağlı tədbirlər planına əsasən "Azərbaycan dili milli varlığımızdır" adlı debat keçirildi.

Debatda 10b sinif şagirdləri, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Zemfira Musayeva, UBTR Aynurə Qasımova, Azərbaycan dili və Ədəbiyyat müəllimləri Mehparə Rzayeva, Təhminə Bağırova, biologiya müəllimi Gülnara Əbdüləzimova, fizika müəllimi Nargilə Məmmədova, informatika müəllimi Nüşabə Allahverdiyeva və kitabxanaçı Ülkər Nəsibova iştirak etdilər. Onlar çıxış edərək Ana dilinin saflığı haqqında danışdılar, şagirdlərimiz ana dilimizin müqəddəs olduğunu, onu yad təsirlərdən qoruyaraq gələcək nəsillərə ötürməyin vacibliyindən söhbət açdılar, ana dilinə həsr olunmuş şeirlər və kəlamlar söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi