Dahi şəxsiyyət  Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "H.Əliyev və azərbaycançılıq idelogiyası"mövzusunda  xüsusi dərs keçirildi.

F.Bayramov adına 22 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehparə Rzayeva 10a sinfində Dahi şəxsiyyət  Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "H.Əliyev və azərbaycançılıq idelogiyası"mövzusunda  xüsusi dərs keçdi. 
Dərsdə  şagirdlər tərəfindən hazırlanmış Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.Şagirdlər  təqdimatlarını oxudular,Ulu Öndər haqqında fikir və düşüncələrini bölüşdülər. Dahi şəxsiyyət Heydər Əliyevin həyat fəaliyyətini özündə əks etdirən maarifləndirici dərsə görə Azərbaycan dili və Ədəbiyyat müəllimi Mehparə Rzayevaya və dərsdə iştirak edən hər kəsə təşəkkür edirik. Şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi