"Narkomaniyaya yox deyək! və Şagirdlərin antinarkotik dünya görüşünün formalaşdırılması məqsədilə "Dəyirmi masa keçirildi

F. Bayramov adına 22 nömrəli tam orta məktəbdə Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Zemfira xanım  Musayeva,Uşaq Birliyi Təşkilati Rəhbəri Aynurə xanım Qasımova , məktəbin psixoloqu Sima xanım xanim Xəlilova , tarix müəllimi Yasəmən xanım Ağamalıyeva , coğrafiya müəllimi Aişə xanım İbrahimzadə  və 9d sinif rəhbəri Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə xanım Cəfərova  "Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə" işlərinin genişləndirilməsinə dair Tədbirlər Planına əsasən 9d sinif şagirdlərilə "Narkomaniyaya yox deyək! və  Şagirdlərin antinarkotik dünya göruşünün formalaşdırılması məqsədilə" Dəyirmi masa keçirildi . Dəyirmi masada Zemfira xanım  Musayeva müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə narkotik vasitələrin,psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğatın vacibliyindən danışdı.Dəyirmi masada psixololoq Sima xanım Xəlilova,UBTR Aynurə xanım Qasımova  şagirdlərə əsrimizin bəlası olan bu "ağ ölümə" qarşı daim mübarizə aparmaq,sağlamlığımızı və bütün bəşəriyyəti qorumaq üçün səy göstərməyin vacib olduğunu qeyd etdilər.Sonda narkotikin insan sağlamlığına və cəmiyyətimizə  vurduğu zərəri haqqında maarifləndirici slayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi