Dahi şairimiz Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

F.Bayramov adına 22 nömrəli tam orta məktəbdə Dahi şairimiz Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Şagirdlərimiz Məmməd Arazın şeirlərini söylədilər və onun məşhur "Dünya sənin dünya mənim" şeirinə bəstələnmiş mahnını ifa etdilər. Tədbirin təşkilatçısı kitabxana müdiri Gülşən Ağakişiyevaya və tədbirdə iştirak edən hər bir kəsə təşəkkürümüzü bildiririk. Şagirdlərimizə uğurlar arzulayırıq!