Zəfər tariximizə həsr olunmuş tədbir keçirildi

“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il üçün elan etdiyi “Vətən müharibəsindəki qələbəmizi tərənnüm edən mədəni- kütləvi tədbirlərin keçirilməsi, qələbənin yeniyetmə və gənclər arasında təbliği” mövzusunda qrant müsabiqəsində iştirak etmiş və “Zəfərdən – Böyük qayıdışa!” adlı layihənin qalibi olmuşdur. 01 sentyabr tarixindən etibarən layihəyə start verilmişdir.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. 2 aylıq layihə çərçivəsində əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində 4 tam orta məktəbdə tədbirlər keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Bu məqsədlə, təşkilat Bakı şəhərində yerləşən ümumtəhsil müəssələrində şagirdlər arasında müvafiq mövzuda tədbirlər keçirmək niyyətindədir (01 sentyabr-31 oktyabr 2023).

Təşkilat tərəfindən Vətən müharibəsinə dair, 44 günlük qələbəyə həsr olunmuş təlimlərlə yanaşı “Zəfərə gedən yol”, adlı kitab və “Zəfərdən – Böyük qayıdışa!” buklet də hazırlanmışdır.

Təşkilat ilk tədbirinə oktyabr ayının 6-da Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə 44 günlük zəfər tariximizə həsr olunmuş tədbirlə başladı. Məktəbin kitabxanasında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra isə təşkilatın sədri Araz Şamilov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Məktəbin 10-cu sinif şagirdləri vətən tarixinin son dövrlərini öz çıxışları ilə təqdim etdilər. Sonda məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiyalarda məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər.

Tədbirdə AMEA Tarix İnstitutunun əməkdaşları, t.ü.f.d. Kamran İsmayılov və t.ü.f.d. Alı Balayev və AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Xanalı Məmmədov, Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Zemfira Musayeva, Metodbirləşmə rəhbəri Mehparə Rzayeva və Azərbaycan dili müəllimi Dilarə Şıxıyeva iştirak edirdi.

Tədbirin sonunda təşkilatın sədri Araz Şamilov tədbirdə iştirak edən bütün aktiv şagirdlərə diplom və hədiyyələr verdi.

Bu tədbirin keçirilməsində böyük rol oynayan hər kəsə dərin təşəkkürümüzü bildiririk, şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi