"İnsan hüquqları aylığı" keçirildi.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olan məlumata əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 18 may- 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilmişdir. Bununla əlaqədar olaraq Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə "İnsan hüquqları aylığı" keçirilmişdir. Şagirdlərə öz hüquq və vəzifələri haqqında məlumatlar verilmiş və uşaqlar hüquqları haqqında danışdılar.