28 May Respublika günü ilə əlaqədar tədbir keçirildi.
Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci illiyinə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri şeir söylədilər və vətənpərvərlik mövzusunda mahnılar və rəqslər ifa etdilər, tarixi mövzularda səhnəciklər nümayiş etdirdilər.Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində rolu haqqında da danışdılar. Bu tədbiri təşkil edən hər kəsə təşəkkürümüzü bildirir, hər kəsi 28 may Respublika günü münasibətilə təbrik edirik.