Açıq dərs keçirildi
6h sinfinə Azərbaycan dili fənnindən "Marafon qaçışının tarixi" mətnlə iş, Xəbər mövzusunda açıq dərs keçirildi. Şagirdlərimiz marafon qaçışının tarixinə aid təqdimat hazırlayaraq təqdim etdilər və əldə etdikləri məlumatları bizlərlə paylaşdılar. Açıq dərsdə həmçinin əsas cümlə üzvlərindən olan xəbər haqqında da öyrəndilər və cümlədə xəbəri, xəbərin ifadə vasitələrini müəyyən etdilər. Açıq dərsdə iştirak edən hər kəsə və xüsusilə maarifləndirici dərsə görə Azərbaycan dili və Ədəbiyyat müəllimi Dadaşova Xəyalə müəllimə təşəkkür edirik. Şagirdlərimizə dərs həyatında uğurlar arzulayırıq.