Açıq dərs keçirildi

Həyat bilgisi fənnindən 4a sinfinə "Ekologiya" mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə hal-hazırda baş verən ekoloji problemlərdən, zərərli tullantıların,meşə yanğınlarının ekologiyamıza vurduğu zərərlərdən danışıldı.Həmçinin ekoloji problemlərin həll edilməsi və belə davam edərsə gələcəkdə nə qədər problem yaranacağı haqda məlumat verildi. Açıq dərsdə iştirak edən hər kəsə və bu maarifləndirici dərsə görə İbtidai sinif müəllimi Ülviyyə Azaylıya təşəkkürümüzü bildiririk. Şagirdlərimizə dərs həyatında uğurlar arzulayırıq.