Açıq dərs keçirildi

Ədəbiyyat fənnindən 8ə sinfinə M.A.Ərsoyun "İstiqlal marşı" şeirinin məzmunu mövzusunda açıq dərs keçirildi. Şagirdlərimiz hazırladıqları səhnəcikləri təqdim etdilər və daha sonra "İstiqlal marşı"nı oxuyaraq təhlil etdilər. Açıq dərsdə şeir haqqında ətraflı məlumat verildi, əsərin müəllifi M.A.Ərsoyun həyat və yaradıcılığına da toxunuldu. Həmçinin açıq dərsdə Azərbaycan və Türkiyə qardaşlığı və iki ölkə arasında münasibətlərin möhkəmliyini göstərən videolar da göstərildi. Sonda  şagirdlərimiz öz təqdimatlarını təqdim etdilər. Açıq dərsin keçirilməsində iştirak edən hər kəsə və şagirdlərimizin ədəbiyyata, şeirə həvəsinin artırılmasında böyük rol oynayan Azərbaycan dili və Ədəbiyyat müəllimi Lalə Quliyevaya təşəkkürümüzü bildiririk. Şagirdlərimizə dərs həyatında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi