Açıq dərs keçirildi

Riyaziyyat müəllimi Zamanov Sadiqin 7a sinfinə "Üçbucaqların daxili və xarici bucaqlarına aid məsələ həlli" mövzusunda açıq dərsi keçirildi. Şagirdlərimiz bir çox düsturlara tanış oldular və məsələlərdə tətbiq etdilər. Açıq dərsin keçirilməsində iştirak edən hər kəsə və xüsusilə şagirdlərimizin riyazi biliklərinin artırılmasında böyük rol oynayan riyaziyyat müəllimi Sadiq Zamanova təşəkkür edirik. Şagirdlərimizə dərs həyatında uğurlar arzulayırıq.