Şahmat yarışı keçirildi

02.05.2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ibtidai siniflər arasında şahmat yarışı keçirildi. Yarışın qalibləri mükafatlandırıldı və məktəbin direktoru qalibləri təbrik edərək onlarla xatirə şəkli çəkdirdi. Şahmat yarışının təşkil olunmasında və şagirdlərimizin belə düşündürücü oyunlara cəlb edilməsində fəal iştirak edən fiziki tərbiyə müəllimləri Buta Qəhrəmanlı və İlqar Qasımova təşəkkürümüzü bildiririk. Şagirdlərimizə uğurlar və nailiyyətlər arzulayırıq.