Açıq dərs keçirildi
Riyaziyyat müəllimi Cəfərov Çingizin Riyaziyyat fənnindən 8b sinfinə "Triqonometrik nisbətlərin tətbiqi ilə məsələ həlli" mövzusunda açıq dərs keçirildi. Şagirdlərimiz müəllimin verdiyi tapşırıqları triqonometrik düsturlara əsaslanaraq yerinə yetirdilər və izahlarını tam şəkildə verdilər. Açıq dərsin keçirilməsində iştirak edən hər kəsə və xüsusilə maarifləndirici dərsə görə Riyaziyyat müəllimi Çingiz Cəfərova təşəkkür edirik. Şagirdlərimizə dərs həyatında uğurlar arzulayırıq.