Açıq dərs keçirildi

Fiziki tərbiyə müəllimi İlqar Qasımov tərəfindən 9ə sinfində " Futbolda texniki -taktiki fəaliyyətin təkmilləşdirilməsi" mövzusunda açıq dərs keçirildi. Şagirdlərimiz müəllimin göstərişlərinə əməl edərək futbolda topla oynama qaydalarını və bir çox texniki fəndləri öyrəndilər. Açıq dərsin keçirilməsində iştirak edən hər kəsə və xüsusilə şagirdlərimizin idmana olan həvəsini daha da artıran dərsə görə Fiziki tərbiyə müəllimi İlqar Qasımova təşəkkür edirik. Şagirdlərimizə dərs həyatında uğurlar arzulayırıq.