Açıq dərs keçirildi

İbtidai sinif müəllimi Xanım Cəlilovanın 4c sinfində həyat bilgisi fənnindən "Təbiətdəki əlaqələr" mövzusunda açıq dərs keçirildi. Şagirdlərimiz canlılar və cansızlar haqqında, həmçinin onların bir-biri ilə əlaqələri haqqında məlumatlar verdilər və bir sıra faydalı məlumatlarla tanış oldular. Açıq dərsin keçirilməsində iştirak edən hər kəsə və xüsusilə şagirdlərimizi dəyərli məlumatlarla tanış edən İbtidai sinif müəllimi Xanım Cəlilovaya təşəkkürümüzü bildiririk. Şagirdlərimizə dərs həyatında uğurlar arzulayırıq.