Rəsm müsabiqəsi keçirildi
Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə V-X sinif şagirdləri iştirak etdilər.İştirakçılar məktəb rəhbərliyi tərəfindən Diplomlarla təltif olundular. Rəsm müsabiqəsinin keçirilməsinə, şagirdlərimizin incəsənətə marağının artırılmasına fəal münasibət bəsləyən məktəbimizin Uşaq birliyi rəhbəri Aynurə xanım Qasımovaya təşəkkürümüzü bildiririk. Şagirdlərimizə uğurlar arzulayırıq.