Açıq dərs keçirildi

3a sinfində İbtidai sinif müəllimi Vəfa xanım Sadıqovanın Azərbaycan dili fənnindən "Odlar yurdu" mövzusunda açıq dərsi keçirildi. Şagirdlərimiz bir neçə gün bundan əvvəl müəllimləri ilə ekskursiyaya çıxaraq Azərbaycanın tarixi mədəniyyət abidələri ilə tanış olmuşdular. Bu gəzintidə Azərbaycanın necə zəngin mədəni irsə malik olduğunu əyani şəkildə gördülər və əldə etdikləri məlumatları açıq dərsdə bizlərlə bölüşdülər. Açıq dərsdə iştirak edən hər kəsə və xüsusilə ibtidai sinif müəllimi Vəfa Sadıqovaya təşəkkür edirik. Şagirdlərimizə təhsil həyatında uğurlar arzulayırıq.