Açıq dərs keçirildi

3b sinfində Əliyeva Vəfa müəllimin Həyat bilgisi fənnindən "Yol nişanları" mövzusunda açıq dərsi keçirildi. Şagirdlər yeni-yeni məlumatlar əldə etdilər, yol nişanlarını bilməyin onların həyatı üçün nə dərəcədə əhəmiyyətli olduğunu öyrəndilər. Şagirdlər dərsdə fəal iştirak edərək müəllimin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirdilər. Dərsin keçirilməsində iştirak edən hər kəsə,xüsusilə İbtidai sinif müəllimi Vəfa xanım Əliyevaya təşəkkür edirik. Şagirdlərimizə təhsil həyatında uğurlar arzulayırıq.