Məktəblərarası idman yarışı keçirildi

19 aprel 2023-cü il tarixində məktəbimizin 7-ci və 8-ci sinif şagirdlərindən təşkil olunmuş volleybol komandası 113 nömrəli məktəbin volleybol komandası ilə yoldaşlıq görüşü keçirdilər və qalib gəldilər.Şagirdlərimiz öz qələbələrini Ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr etdilər. Məktəbimizin direktoru Azər Ələkbərov şagirdlərimizi qələbə münasibətilə təbrik etdi. Şagirdlərimizi və fiziki tərbiyə müəllimləri Rəşad Abbasovu, Elxan Alışanlını qələbə münasibətilə təbrik edir, onlara uğurlar arzulayırıq.