Bulling və bullingin qarşısının alınması

23.11.2019-cu il tarixində məktəbin UBR Tural Cəmilovun rəhbərliyi ilə “Bulling və bullingin qarşısının alınması” mövzusunda 218 nömrəli məktəbin 8-ci sinif şagirdləri ilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada uşaqlar arasında bulling məsələsinə toxunulmuş, bullingin növləri və bu gün bir çox aktual olan problemlər müzakirə olunmuşdur. Maraqlı müzakirə zamanı şagirdlər belə nəticəyə gəlmişdilər ki, bu məsələdə ailənin; atanın, ananın, yaxınların bir də məktəbin, müəllimlərin rolu əvəzsizdir.