"Bullinq" haqqında təlim

13.11.2019-cu il tarixində məktəbin akt zalında UBR Tural Cəmilov və psixoloq Gülnarə Cəbrayılova tərəfindən V-XI sinif şagirdləri arasında təlim keçirilmişdir. Təlimin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bulinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda şagirdlərə dəstək olmaqdan ibarət olmuşdur.
Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir. Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kompaniyasının videoçarxı nümayiş olunmuşdur.