Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti tədbir

11 noyabr 2019-cu il tarixdə UBR Tural Cəmilov və psixoloq Gülnarə Cəbrayılovanın təşkilatçılığı ilə tədbir  təşkil edilmişdir. Onlar öz çıxışları zamanı insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi və təsisatda uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntuların vaxtında müəyyən edilərək araşdırılması diqqətə çatdırılmışdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində ənənəvi olaraq Uşaq Hüquqları Aylığı elan edilir. Aylıq çərçivəsində paytaxt və regionlarda uşaq hüquqları sahəsində silsilə tədbirlər həyata keçirilir.Bu tədbirlərdə iştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinə görə UBR Tural müəllimə və psixoloq Gülnarə müəlliməyə təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi