KİM? HARADA? NƏ ZAMAN?

26 oktyabr 2019-cu il tarixdə məktəbin akt zalında 9 noyabr-Dövlət Bayraq Günü ilə əlaqədar “Məktəblinin dostu” tərəfindən “Kim? Harada? Nə zaman?” adlı bilik yarışı keçirilmişdir. 8, 9, 10-cu sinif şagirdləri arasında keçirilən yarışda şagirdlərin dünyagörüşü, məntiqi səviyyələri yoxlanmışdır. Yarışın nəticəsi olaraq Kəmalə Əliyevanın sinif rəhbəri olduğu 10B sinfi I yerə layiq görülmüşdür.